Sahil Babayev və Dariya Kisiç Tepavçeviç videokonfrans keçirib
Əlaqəli xəbərlər

Sahil Babayev və Dariya Kisiç Tepavçeviç videokonfrans keçirib

  • Xeber
  • Xeber
  • 30 baxış
  • 0 şərhlər

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş” əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev və Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri xanım Dariya Kisiç Tepavçeviçin videokonfrans vasitəsilə iştirakı zamanı imzalanıb.

Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında ölkəmizdə aparılan sosial islahatları qeyd edib.

O, islahatlardan əldə olunmuş təcrübələrin iki dövlət arasında mübadiləsinin inkişaf üçün səmərəli olacağını bildirib.

D.K.Tepavçeviç yeni imzalanmış Saziş əməkdaşlığın genişləndirilməsi baxımından önəmli rol oynayacağına əminliyini ifadə edib. Serbiya və Azərbaycanın dost münasibətləri əsasında əlaqələrinin bu gün strateji tərəfdaşlıq səviyyəsində olmasının məmnunluq doğurduğunu bildirib.

İmzalanmış Saziş iki ölkə vətəndaşlarının pensiya hüquqlarının təmin olunmasına yönəlmişdir. Sənəd Azərbaycan və Serbiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının tanınması,qorunması mexanizmlərini müəyyən edir.Saziş həmin istiqamətlər üzrə tərəf dövlətlərin səlahiyyətli orqanları a

Leave a Reply

Your email adress will not be published ,Requied fileds are marked*.