Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlə təminatı proqramının, sosial sahədə elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın təminatı istiqamətində aparılan işləri qeyd edib. Nazir həmçinin reabilitasiya infrastrukturunun müasirləşdirilməsi, yeni DOST mərkəzlərinin fəaliyyəti, bu mərkəzlərin şəbəkəsinin genşləndirilməsi işləri barədə məlumat verib.