Xəbərlər

Ermənilər bu dəfə Kəlbəcərdəki hərbçilərimizə atəş açdılar – GÖRÜNTÜLƏR

  • Xeber
  • Xeber
  • 59 baxış
  • 0 şərhlər

Copyright © AZTV

YouTube kanalına abunə olun:

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb.

Bundan əlavə bu istiqamətdə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktorumuz və bölmələrimizə təminat daşıyan 2 ədəd “KamAZ” markalı avtomobil də noyabrın 15-i səhər saatlarında Ermənistan hərbi bölmələri tərəfindən atəşə tutulub.

Texnikaya zərər dəysə də, şəxsi heyət arasında xəsarət alan olmayıb.

Ermənistan silahlı qüvvələrinin təxribatlarının, həmçinin döyüş mövqelərində aparılan mühəndis işlərinin qarşısını almaq məqsədilə bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən plana uyğun adekvat tədbirlər görülür.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Nazirlikdən bir daha bildirilib ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

Facebook –
İnstagram –
Twitter –
Youtube –
Telegram:

Rəsmi sayt:
AZ
RU
EN

«Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-si ölkəmizin ən qocaman televiziya və radio qurumudur: Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də yaradılıb.
Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Bu BİRİNCİlik müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq şəkildə göstərib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Müəllif hüquqları “Baku Cms Media” tərəfindən qorunur.
office@bakucms.com /

#AZTV #AzərbaycanTeleviziyası

  • Ad: Elshad AliyevŞərh: Camatin balasi olennen sonra tupurum o mesuliyyete.
  • Ad: Ялчин ИсмаиловŞərh: Qarabaq Azerbaijan
  • Ad: Ali MansurowŞərh: Rusiya garabag konfliktini gurtarmagda marağlı deyil. Əgər bu konflikt gurtarsa Rusiya cənubi Qafqazi itirir.
  • Ad: Сергей МаклаковŞərh: 90чы ил давам едир
  • Ad: Mustafayev RaufŞərh: Карабах это Азербайджан.! Шуша Душа Азербайджана.!!!
Leave a Reply

Your email adress will not be published ,Requied fileds are marked*.